Yuxuda vergi verildiyini və gələcəkdən xəbər verdiyini deyən insan haqlıdırmı?

    02.06.2017
Kimdən: 
Allahın qulu
Sual: 
Salam aleykum. Bir tanış adamın yuxuda vergi verildiyi deyilir . O adam o yuxudan sonra gələcək haqqında bəzi düzgün xəbərlər verməyə başlayır. Ona həqiqətən vergi verilibmi? əgər bu şeytandandırsa onu necə başa salmaq olar? Allah razı olsun.
Cavab: 

Və aleykum Salam. Yuxuda görülən hər bir şeyə inanmaq olmaz, çünki yuxu şeytandan da ola bilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Yuxular üç növdür: Allahdan olan yuxu, Şeytandan olan qəmginlik gətirən yuxu, insanın oyaq olarkən fikirləşdiyi şeyləri yatarkən yuxuda görməsi". (əl-Buxari, 6499; Muslim, 4200). Əgər yuxuda insana Allahın əmrlərinə zidd olan şeylər təlqin edilirsə, bu yuxulara fikir vermək lazım deyil. Məsələn, yuxuda qeyb haqda xəbər vermək, özünü murdarlamağı əmr etmək və s. şeylər şeytanın insanı böyük günahlara sövq etmək üçün işlətdiyi hiylələrindəndir. İnsana gələcəkdən xəbər haqda vergi verilə bilməz, çünki bu qeyb aləmindən olan məlumatdır. Əgər kimsə bunu iddia edirsə, artıq küfrə ilk addımını atmışdır. Həmin şəxs özünü Allahın əzabından xilas etməsi üçün tezliklə bu əməldən tövbə etməlidir. Uca Allah gələcəkdə baş verəcək bəzi hadisələri yalnız peyğəmbərlərə bildirmişdir. Uca Allah buyurur: "Allah sizə qeybi bildirən deyildir. Lakin, Allah Öz elçilərindən istədiyini seçər". (Ali-İmran, 179). Hətta, Allahın seçdiyi və ən üstün Peyğəmbər etdiyi Muhəmmədə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qeyb haqda məlumat məhdud şəkildə verilmişdir: "De: "Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxudan və müjdələyənəm". (əl-Əraf, 188). Falçılar və kahinlərə sual veririk: Siz daha xeyirlisiniz, yoxsa Allahın elçisi? Allah öz peyğəmbərindən belə gizli saxladığı məlumatı hansısa falçıya bildirmir, deməli bu məlumatlar şeytandandır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "Həqiqətən, mələklər buludların içində yerə doğru enir və göydə verilmiş qərar bərəsində söhbət açırlar. Bu vaxt şeytanlar mə­lək­lərə oğrun-oğrun qulaq asırlar, sonra da eşitdikləri adda-budda söz­lə­ri, üs­təlik özlərindən uydurduqları yüz yalanı da bu doğru xəbərlə yanaşı kahin­lərə təlqin edirlər". (əl-Buxari, 3210). Falçıların qeyb haqda necə xəbər verməsini bu linkdən oxuya bilərsiniz:
Falçılar necə olur ki, doğru xəbər verirlər?
Allah tərəfindən kiməsə vergi verilə bilərmi?
Yuxuda insana vergi verilə bilərmi?

Həmçinin oxuyun: 
Tövbə etsəm, Allah məni bağışlayarmı? 
Yuxu haqqında 

Paylaş: