Oruc tutmayana yemək vermək olarmı?

    21.07.2017
Sual: 
Assalamu aleykum va rahmatullah. Keçen il bu haqda çox suallar verilmişdi, hansı ki, sebebsiz yere oruc tutmayan yaxına, qohuma çay, yemek vermeyin icazeli olmaması barede. Bilmek isteyerdik ki, bu mövzunu delil olaraq hardan tapa bilerik ki, paylaşaq. Çunki çox bacılarımız bundan xebersizdir. Zehmet olmasa adınızıda ged edarsiz suala kim cavab verib . Allah razı olsun.
Cavab: 

Və aleykumus-Sələm va rahmətullahi va bərakətu. Heç bir üzrlü səbəb olmadan oruc tutmayan adam böyük günah qazanır. Ramazanın gündüzlərində ona yemək verən insan ona həmin günahı etməyə yardım etmiş sayılır. Uca Allah buyurur: "Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir".  (əl-Məidə, 2).

Teqlər: 
Paylaş: