Valideynlərim zövcəmi haram toy məclisinə aparmaq istədikdə nə edim?
Va aleykum Salam va rahmətullahi va bərakətuhu.
1. Uca Allah bizə hər bir halda valideynlərlə gözəl davranmağı və haramları əmr etmədikcə onlara itaət etməyi əmr etmişdir: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"– de. (əl-İsra, 23-24). Ancaq günah işlər əmr edərlərsə, hətta valideyn olsa belə haramlarda heç bir bəndəyə itaət etmək olmaz. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Yaradana asilikdə (qarşı çıxmaqda) yaradılmışlara itaət etmək olmaz". (İmam Əhməd, 1095). Odur ki, belə hallarda valideynlərə itaət etmək olmaz. Amma hər bir halda onlarla gözəl davranmaq lazımdır -- onların üstlərinə qışqırmaq, kobudluq etmək və s. qadağandır. Siz onlara gözəl şəkildə izah edin ki, müsəlmanların bu kimi məclislərdə iştirak etməsi düzgün deyil və bacardığınız qədər günahdan çəkinin. Uca Allah buyurur: "...Allahdan bacardığınız qədər qorxun...". (ət-Təğabun, 16).
2. Əgər adətlər dinimizə zidd deyilsə, onlara əməl etməkdə heç bir qəbahət yoxdur. Ancaq musiqi, maşın karvanı ilə el-aləmə səs-küy salaraq və qeyri-müsəlmanlardan əxz olunan digər adətlərlə gəlin gətirmək dini qayda-qanunlara zidd olduğu üçün qadağandır.
3. Sahura (imsak) dura bilmədikdə oruc tuta bilərsiniz. Bunun qadağan olunmasına dair hər hansı bir dəlil yoxdur. Lakin sahur yeməyində bərəkət olduğu üçün Peyğəmbər (salləllahu aleyhi və səlləm) müsəlmanları oruc tutarkən buna təşviq etmişdir. Həmçinin oxuyun: İmsaka dura bilməyəndə orucumu nə edim?