Oruc olarkən niyyətin dəyişməsi orucu batil edirmi?

    22.07.2017
Kimdən: 
Tural
Sual: 
Salam. Oruc tutmaga bawlayanda qelbimizde niyyet edirik daha sonra meselen gunorta vaxti catanda qelbimizde deyirikki orucumu ariqlamaq ucun tutmuwam. Qelbimizde bele fikirlewirikse oruc batil olurmu ?
Cavab: 

Va aleykum Salam. Hər bir ibadət üçün qəlbdə əməlin Allah rizası üçün edilməsi niyyətinin olması vacibdir. Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) demişdir: "Əməllər ancaq niyyətə görədir. Hər bir insan niyyət etdiyini əldə edir...". (əl-Buxari, 1). Orucu Allah üçün yox, arıqlamaq üçün tutanın orucu batildir. Amma əvvəlcə Allah rizası üçün oruc tutmağı niyyət edib, sonradan niyyətin dəyişməsi fikrinə düşmək əksər hallarda şeytanın vəsvəsəsindən irəli gəlir. Bu cür fikirlərə önəm verməyərək orucunuza davam edin. 

Teqlər: 
Paylaş: