Anamın adından çərəkə kitabı alıb paylasam ona savab olarmı?

    24.07.2017
Kimdən: 
vefa
Sual: 
Salam.Menim anam rehmete gedibdi.men cereke kitabi alib paylamisam ve niyyetim bele olubki o kitablar oxunduqca anamada savabi yazilsin sizce bu duzgundurmu.Eger duzgun doyluse anama savab yazilsin deye ne ede bilerem ovladi olaraq.Evvelceden tesekkurler
Cavab: 
Va aleykum Salam. Uca Allahdan ananızın günahlarının bağışlanmasını istəyirik. "Çərəkə" adlı kitabda olan duaların isnadı yoxdur və əksəriyyətinin hədislərdə təsdiqi mövcud deyil. Ona görə də belə kitabları oxumaqdan və paylamaqdan çəkinmək lazımdır. Valideyniniz üçün dua edə, onun adından sədəqə verə və s. xeyirli əməllər edə bilərsiziniz. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: