Ramazan ayını tam yox, bacardığım qədər oruc tuta bilərəmmi?

    13.06.2017
Sual: 
Salam oruc butun ayi tutsaq sayilir yoxsa ne qeder tutsaq nece gun bacariram o qederde tutmaq isteyirem
Cavab: 

Va aleykum Salam. Ramazan ayını əvvəldən axıra qədər oruc tutmaq hər kəsə vacibdir. Yalnız xəstəlik və ya səfər kimi üzrlü səbəblərə görə oruc tuta bilməyənlər buraxdığı günlərin sayı qədər başqa günlərdə oruc tutmalıdırlar. Xroniki xəstəlik, taqətsizlik və s. səbəbilə heç vaxt oruc tuta bilməyənlər hər günün əvəzinə bir kasıbı yedizdirməlidirlər. Uca Allah buyurur: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz. Müəyyən sayda olan günləri oruc tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir". (əl-Bəqərə, 183-184). Həmçinin oxuyun: Ramazan ayının orucu 

Teqlər: 
Paylaş: