Qadınların saçlarını hörməsi icazəlidirmi?
Və aleykum Salam. Qadınların saçlarını yığmaları qadağan deyil. Kimsə dini bir qadağa iddia etdikdə, ondan bunun dəlilini və bu mənbənin səhihliyi haqda məlumat tələb etməsi lazımdır. Qadınların yalnız başlarının üst tərəfindən quş yuvasına oxşar şəkildə yığmaları qadağandır. Qadınlar saçlarını hörə də bilərlər. Ummu Sələmə (Allah ondan razı olsun) Peyğəmbərə (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Ey Allahın elçisi, mən saçlarımı hörürəm. Cənabət qüslü edəndə hörüklərimi açımmı?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Xeyr. Başına üç dəfə, sonra bədəninin qalan hissəsinə su töküb təmizlənməyin kifayətdir". (Muslim, 330; Əbu Davud, 648). Saçları hörmək qadağan olunsaydı, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Ummu Sələməyə etiraz edər və bunu qadağan edərdi.
Belə ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: "Cəhənnəm əhlindən iki sinif insan var ki, onları görmürəm: "Əllərində inək quyruqlarına oxşar qamçılar olan bir tayfa. Onlar onunla insanları vururlar. Və geyinmiş çılpaq, əyilərək təkəbbürlü yeriyən, başları uzunboğaz dəvələrin hürgücü kimi əyilmiş qadınlar. Onlar Cənnətə daxil olmaz və onun iyini duymazlar. Halbuki, iyi bu və bu qədər məsafədən gəlir". (Muslim, 5704, 7373). Bu və digər hədislərə görə qadın hətta evdə olanda belə saçını üstdən yığması bəyənilmir.