İnsan əsnədiyi zaman nə etməlidir?
Sual:
Salam aleykum. Insan esnediyi zaman ne etmelidir?
Cavab:
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Əsnəmək şeytandandır. Birinizi əsnəmək tutsa, qoy bacardığı qədər onun qarşısını alsın. Çünki o (əsnəyib): "Haaah" - etdikdə şeytan ona gülür". (əl-Buxari, 3289). Yaşxı olar ki, əsnədikdə sağ əlinin ovucunun içini, sol əlinin isə arxasını ağzına tutaraq qarşısını alsın. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah (Öz qullarının) asqırmağını sevir, əsnəməyini isə xoşlamır. (Müsəlman kimsə) asqırıb Allaha həmd etsə, ona: "Yərhəmukəllah" - demək, bunu eşidən hər bir müsəlmana vacibdir. Əsnəmək isə şeytandandır. İnsan bacardığı qədər onun qarşısını almalıdır. Adam: "Haaah" - etdiyi zaman şeytan ona gülər". (əl-Buxari, 6223).