Ramazanın bitməsini öz ölkəmizlə, yoxsa Türkiyə və ya Ərəbistanla götürməliyik?
Və aleykum Salam. Daha səhih görüşə əsasən hər kəs öz yaşadığı ölkənin camaatı ilə oruc tutmalı və orucunu açmalıdır. Ramazanın ayının bitməsi müxtəlif ölkələrdə müxtəlif vaxtlarda ola bilər, çünki ay müxtəlif yerlərdə müxtəlif günlərdə görünür. Şəriət dəlillərinin zahiri dəlalət edir ki, hər kəs yaşadığı yerə tabe olur və onlarla oruc tutur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Oruc sizin (yəni, camaatın) oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür". (ət-Tirmizi, 693).
Həmçinin, şəriət bizə camaat olmağı əmr etmiş, parçalanmaqdan və ixtilaf etməkdən isə çəkindirmişdir. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Onu (ayı) görməklə oruc tutun və onu (ayı) görməklə də iftar edin". (Səhih Muslim, 1081).
Burada da yaşadığın yerdə ayı görmək nəzərdə tutulur. 2017-ci il üçün Azərbaycanda Ramazan bayramı İyun ayının 26-sına təsadüf edir, yəni İyunun 25-i oruc tutulur.