Həccə getdikdən sonra pirlərə gedənlər barəsində
Sual:
Salam aleykum. Bezi yashli tebeqeden olan insanlar Hecc ziyaretgahina gedibler. Sonra ise qayidib yashadiqlari yerde pirlere gedirler. Orada gedib namaz qilirlar. Deyirler ki, pirler de muqeddes yerlerdi. Hetta bir insan olub, namaz da qilir, ancaq deyir ne qeder ki, men geze bilirem, men pirlere gedecem. Bu Allaha shirk qoshmaq deyilmi? Onlarin namazlari qebul olunurmu? Allah razi olsun.
Cavab:
Aleykum salam. Həccə gedib tək Allaha ibadətin rəmzi sayılan Kəbəni təvaf etdikdən sonra gəlib pirləri ziyarət edərək onları təvaf edən insan nə qədər avam və cahildir?! Hətta, deyilənə görə, bəzi insanlar Kəbənin yanında durub Allaha yaxın olan elə bir məqamda tək Allaha yalvarmaq əvəzinə Ona şərik qoşaraq qeyrilərini çağırırlar. Həqiqətən, onların etdikləri şirkdir (Allaha şərik qoşmaqdır).