Ramazan bayramı günü oruc tutmaq olarmı?

    24.07.2017
Kimdən: 
Xudiyev Rauf
Sual: 
ALLAHın salamı uzərinizə olsun.Ramazan bayramı gunu sahura durmalıyıq?Yoxsa istədiyimiz vaxt yamək yeyə bilərik mi?
Cavab: 

Salam aleykum. Ramazan bayramı günü oruc tutmaq qadağandır. Həmçinin, bəzi insanların etdiyi kimi sahur yeməyini yeyib bayram namazına qədər və ya günortaya qədər yarımçıq oruc tutmaq da qadağandır. Ramazan bayramı günü bayramdan qabaq istədiyiniz vaxt yeyə bilərsiniz. Ənəs (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər fitrə (Ramazan) bayramı günü bir neçə ədəd xurma yeməmiş evindən çıxmazdı". (əl-Buxari, 953; ət-Tirmizi, 541). Əbu Bureydə (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər  fitrə bayramı günü yemək yeməmiş evindən çıxmazdı. Qurban bayramı günü isə, qurban kəsməmiş yemək yeməzdi". (ət-Tirmizi, 540). Həmçinin oxuyun: ​​​​​​​Ramazan ayının orucu 

Paylaş: