Məsciddə yatmaq icazəlidirmi?

    24.07.2017
Kimdən: 
rahim
Sual: 
Mecidde yatmagin hokmu
Cavab: 

Salam aleykum. Məsciddə yatmaq icazəlidir. Peyğəmbər (salləllahu aleyhi va səlləm) qarnı üzərində uzanmış birinin yanına gəldi və onu ayağı ilə tərpətdi və belə dedi: "Bu cür uzanmağı Uca Allah sevmir". (İbn Hibban, 5550). Alimlərdən İbn Racəb (Allah ona rəhm etsin) nəql etmişdir: "Məsciddə üz üstə sərilmək olmadan istənilən şəkildə uzanmaq icazəlidir, çünki Peyğəmbərdən (salləllahu aleyhi va səlləm) rəvayət edirlər ki, bunu (yəni üz üstə uzanmağı) qadağan etmişdir". (İbn Racəb: "Fəthul-Bəri Şərh Sahih əl-Buxari", 3/405). 

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) məscidində də Süffə adlanan ev­siz­lər üçün ayrıl­mış yer var idi.

Paylaş: