Qonşusu xəstə olanın həccə getməsi yaxşıdır, yoxsa qonşuya kömək etməsi?

    27.07.2017
Kimdən: 
faiq
Sual: 
eger qonsum xestedirse ve mualice ucun pula ehtiyaci var. menim bu halda hecc ziyaretine getmeyim ne derecede duzdur...
Cavab: 

Salam aleykum. Birinci dəfə həccə getmək vacibdir. Qonşuya kömək etmək isə müstəhəbdir. Ona görə imkan daxilində birinci dəfə olduğuna görə Həccə getmək lazımdır. Ömründə bir dəfə olsa belə həccə getmək imkanı çatan hər bir müsəlmana həcc vacibdir.

Uca Allah buyurur: "Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur". (Ali İmran, 97)

Əbu Hureyra (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bizə vəz etdi və dedi: "Ey insanlar! Allah sizə həcc etməyi fərz etmişdir, həcc edin!" Bu zaman bir kişi dedi: "Ey Allahın elçisi, hər il?" Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) susdu. Kişi sözünü üç dəfə təkrar etdikdən sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Əgər bəli desəm vacib olar və siz bunu bacarmazsınız". Sonra sözünə davam edərək dedi: "Mən sizə nəyisə əmr etmədikcə, siz müdaxilə etməyin. Sizdən əvvəlkilərin həlak olmalarına səbəb, peyğəmbərlərinə çoxlu sual vermələri və (oların hüzurunda) ixtilaf etmələri olmuşdur. Mən sizə bir işi əmr etdikdə ona bacardığınız qədər riayət edin. Bir şeydən çəkindirdikdə isə ondan əl çəkin". (Muslim, 1337).

Əgər deyilsə ki, "xəstə və ya kasıba kömək etmək lazımdır", onda həmin insan heç vaxt həcə gedə bilməyəcək, çünki köməyə ehtiyacı olan insanlar çoxdur. Ona görə həccə getmək vacib olduğuna görə daha üstündür. Həmçinin oxuyun: Həcc etməyin mükafatı

Teqlər: 
Paylaş: