Dəccal harada peyda olacaq?

    19.02.2014
Kimdən: 
Vasif
Sual: 
Salam aleykum. Deccal harada peyda olacaq? Chunki bu gunler youtube-da Israilde bir gozlu ushagin olmasini gordum. Bu deccal ola bilermi? Allah razi olsun.
Cavab: 

Aleykum salam. Məsihi Dəccal Adəm övladından olan bir kişidir. Qiyamətə yaxın vaxtda çıxacaq və insanların çoxu onun fitnəsinə uyacaqdır. Onun çıxacağı yer barəsində Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Dəccal şərqdən - Xorasan deyilən yerdən çıxacaq və üzləri qalxan dərisi kimi olan qövmlər ona tabe olacaqdır". (Tirmizi, 2237). 
Dəccal Uca Allahın izni ilə bir sıra fövqəladə əməllər etmək bacarığına malik olacaq. O, həmçinin Allahlıq iddiasında olacaq, lakin onun elədikləri möminlərə təsir etməyəcək. Məkkə ilə Mədinədən savayı hər yerə gedəcək, onun cənnəti və cəhənnəmi olacaq, lakin onun cənnəti cəhənnəm, cəhənnəmi isə cənnət olacaq. Dəccalın çıxmasına dəlalət edən bir çox hədislər varid olmuşdur. Həmin hədislərdən biri Muslimin "Səhih" əsərində Abdullah ibn Amr ibn Asın (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdir. Bu hədisdə Peyğəmbər demişdir: “Ümmətimdən Dəccal çıxacaq və bilmirəm, ya qırx gün, ya qırx ay, ya da qırx il yer üzündə qalacaqdır. Sonra Allah Məryəm oğlu İsanı göndərəcək. O, Urva ibn Məsuda oxşayır. Nəhayət, İsa Dəccalı tapıb öldürəcəkdir.” 
Buxari və Muslimin (Allah onlara rəhmət eləsin) “Səhih” əsərlərində Abdullah ibn Ömərdən (Allah onlardan razı olsun) belə rəvayət edir: “Peyğəmbər camaatın arasında ayağa qalxıb Allaha – Ona layiq tərzdə təriflər dedikdən sonra dəccalı yada salıb dedi: “Mən sizi ondan xəbərdar edib çəkindirirəm. Elə bir peyğəmbər olmamışdır ki, ümmətini ondan çəkindirmiş olmasın. Nuh da öz ümmətini ondan çəkindirmişdir. Lakin mən dəccal barəsində sizə elə bir söz deyəcəyəm ki, onu heç bir peyğəmbər öz ümmətinə deməmişdir. Bilin ki, o, təkgözdür. Allah isə təkgöz deyildir.”
Onun fitnəsi haqqında daha ətraflı məlumat almaq üçün Dəccalın fitnəsi məqaləsini oxuyun. 

Paylaş: