Siqaret çəkmək olarmı?

    19.02.2014
Sual: 
Salam aleykum. Siqaret chekmek gunahdirmi?
Cavab: 

Aleykum salam. Siqaret çəkmək haramdır, çünki siqaret çəkmək həm insanın dininə, onun səhhətinə, əxlaqına, ətrafında olan insanlara, ruzisinə, qüvvəsinə, bir sözlə dünya və axirətinə böyük ziyan vurur. Bununla yanaşı siqaret çəkən adam özünü hər gün zəhərləyərək şüurlu şəkildə canına qəsd edir, bu isə haramdır. Uca Allah buyurur: "...öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir". (əl-Bəqərə, 195). Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üç şey vardır ki, onları özündə cəm edən şəxs, imanı özündə cəm etmiş olar: özünə qarşı insafla rəftar etmək, hər kəsə salam vermək və kasıb ola-ola malından başqalarına xərcləmək". (İbn Həcər: "Fəthul-Bari", 1/82). Həmçinin oxuyun: Günahdan çəkinmək üçün nə etmək lazımdır?
 

Paylaş: