Ayaqlarım ağrıdığı üçün namazda başqa cür otura bilərəmmi?

    19.08.2017
Kimdən: 
Nazenin
Sual: 
Salamun Aleykum.Men namaza yeni bawlamiwam namazda oturuw qaydasi var hami bilir lakin men ayaqlarimin uzunu yere qoyub hec cure otura bilmirem dehwetli agri olur onun ucunde telesik qiliram namazi .Bilmek isterdim olar ki ayaqimin uzu yox barmaqlarimin tam hamisi dowemeye toxunuq veziyyetde oturum? Bu gunah deyil ki? Onceden tewekkur diqqetiniz ucun.
Cavab: 

Və aleykum Salam. Əgər ayağınız ağrayırsa, namazda sizə necə rahatdırsa, ayaqlarınızı elə qoyub otura bilərsiniz. Bu, namazı batil etmir. Amma üzrlü səbəb yoxdursa, namazdakı oturuş qaydasındakı kimi oturmaq lazımdır. Daha ətraflı:  Dəstəmazı və namazı batil edən hallar 

Paylaş: