Nur surəsinin 31-ci ayəsində "zinətlərini gizlətsinlər" nə deməkdir?

    29.09.2017
Kimdən: 
Lale
Sual: 
Salam Aleykum Size bir sualim var Nur suresindeki 31 ayede yazilan Zinətlerini gosdermesinler ne demekdi?Burada bijuteriya ve yaz bawqa bezek ewyalarinin qadina taxilmamasini emr edilir xaiw edirem cavablandirin sualimi cox saolun
Cavab: 

Və aleykum Salam. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız". (ən-Nur, 31). Ayədə qadınların özlərini zinadan qoruması, naməhrəmlər olan yerdə başını aşağı salması və hicab geyinməsinin vacib buyurulması ilə yanaşı, onların yanında bəzək əşyaları istifadə etməsi və ayağına geyindiyi bilərzikləri bildirmək üçün ayağını yerə bərk vurması da qadağan edilmişdir.

Paylaş: