"İnşallah" sözünün mənası nədir?

    19.02.2014
Sual: 
Salam aleykum. İnshallah sozunun menalari nelerdi?
Cavab: 

Və aleykum Salam. İn şəə Allah sözü "Əgər Allah istəsə" və ya "Allahın izni ilə" deməkdir. Bu ifadə dilimizdəki "Allah qoysa" ifadəsinə müvafiq hesab etmək olar. Uca Allah buyurur: "Heç bir şey barəsində: "Mən onu sabah edəcəyəm!" - demə! Ancaq: "Əgər Allah istəsə!" ("inşallah"- de!) Unutduğun zaman Rəbbini yada salıb: "Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin" - de. (əl-Kəhf, 23-24).
Bu ayədən məlum olur ki, gələcəkdə bir iş görmək istədikdə "İnşallah filan işi görəcəyəm" demək lazımdır. 

Teqlər: 
Paylaş: