Peyğəmbərin dövründə şəxslərin adı ilə bağlı pirlər olubmu?

    29.08.2017
Sual: 
Assalamu aleykum. Peyğəmbərin (sallallahua alelyhi və səlləm) dövründə ölmüş əməlisaleh insana aid olan pir olubmu və onu səhabələr dağıdıblarmı? Həmçinin bütlər də ölmüş əməlisaleh insanlara aid olub yoxsa uydurma ilahlar olub? Allah razı olsun
Cavab: 

Və aleykum Salam. Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dövründən qabaq müəyyən şəxslərin qəbirləri sayılan bir çox pirlər olub. Uca Allah Qurani-Kərimdə onların bəziləri haqda buyurur: "Və özlərinə tabe olanlara dedilər: "Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!" (Nuh, 23). İbn Abbas (Allah ondan razı olsun) belə buyurur: "Bunlar Nuhun (ona Allahın salamı olsun) qövmünün əməlisaleh insanları idilər. Onlar öldükdən sonra şeytan onların yaşadığı qövmün insanlarına vəsvəsə edir ki, onların toplandıqları yerlərdə heykəllərini ucaltsınlar və onların adlarını həmin heykəllərə versinlər. Onlar da deyilən kimi etdilər. (Heykəlləri) düzəldən nəsil ölüb gedənə qədər onlara ibadət olunmadı. (Uzun müddət keçdikdən sonra) elm unudulduqda o, heykəllərə ibadət etməyə başladılar". (əl-Buxari 4920). 

Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə isə müəyyən şəxlərin adları ilə bağlı olan pirlər olub, o dövrün ən məşhur pirlərinin Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əmri ilə dağıdılması haqda buradan oxuyun: Peyğəmbər və səhabələri bütləri və pirləri necə dağıtdılar?

Paylaş: