Musiqiyə qarşı nəfsimi saxlaya bilmirəm, buna görə günah qazanıram?

    20.02.2014
Kimdən: 
Aişə
Sual: 
Salam aleykum. Men namaz qiliram, ama musiqiye de qulaq asiram. Nedense ondan el cheke bilmirem. Allaha dualar edirem haradasa eshiden kimi nefsimi saxlaya bilmirem. Deyirler ki, haramdi, gunahdi, qulaq asma! Amma yene de qulaq asiram. Men bununla gunah qazanib savablarimi itirirem? Bize bele bir sayt achdiginiz uchun size teshekkur edirik. Allah sizi xeyirle mukafatlandirsin. Allah razi olsun!
Cavab: 

Aleykum salam. Günah işlər insanın imanını zəiflədir, savablarını azaldır, insanı Allahdan uzaqlaşdırır və xeyirdən məhrum edir. Allaha yalvararaq çoxlu dua edin ki, bu əməldən uzaqlaşmağı sizin üçün asanlaşdırsın. Musiqiyə qulaq asmaq həvəsi gəldikdə, axirəti xatırlayın. Həmçinin, özünüzü Qurana qulaq asmağa alışdırın, tez-tez Allahı zikr edin, beləcə Allahın izni ilə bu günahdan uzaqlaşmış olarsınız. 

Paylaş: