Əl çalmaq olarmı?

    20.02.2014
Sual: 
Salam aleykum. Islamda el chalmaga nece baxilir? Buda sheytan emelidirmi?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə islam dininə görə əl çalmaq, fit çalamq və digər buna bənzər hərəkətlər cahiliyyət dövrünün əməllərindən hesab edilir. Bu barədə ən azı onu söyləmək olar ki, bu əməl bəyənilməyəndir. Bununla yanaşı bu barədə olan dəlillər bunun haram olduğuna dəlalət edir. Çünki müsəlmanların kafirlərə bənzəməsi qadağan edilir. Allah Təala Məkkə müşriklərini vəsf edərkən belə buyurur: "Onların Beytullahın (Allahın evi, Kəbənin) yanındakı namazı (duaları) fit verib əl çalmaqdan başqa bir şey deyildir. (Ey müşriklər!) Etdiyiniz küfrə görə indi dadın əzabı!" (əl-Ənfal, 35).
Mötəbər islam alimləri bildirir ki, ayədəki "məka" sözü fit çalmaq, "təsdiya" kəlməsi isə əl çalmaq mənasını ifadə eidr. Peyğəmbər təəccübləndikdə "Subhanəllah" və ya "Allahu Əkbər" deyərdi. Bu barədə Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) bir çox hədislər rəvayət olunmuşdur. Camaatla qılınan namazda imam səhv edərsə, kişilər "Subhənəllah" və ya "Allahu Əkbər" deyirlər. Namazda əl çalmaq isə məhz qadınlara icazə verilir. Bu cür halda qadınlar imamın diqqətini cəlb etmək üçün əl çalır, halbuki kişilər bu halda "Subhanəllah" deyirlər. Bu barədə Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) səhih hədislər rəvayət olunmuşdur.

Teqlər: 
Paylaş: