Qadın yaşlı kişi ilə salamlaşarkən əl ilə görüşə bilərmi?
Sual:
Salam aleykum. Size bir meseleni danishmaq isteyirem. Bizim mektebde menim babam yashinda, yeni 64 yashinda bir tarix muellimi var. O chox mehriban insandir. O hemishe mektebde bizi gorende gelir gorushur. Esasen de qizlarla... Chunki onun qiz nevesi yoxdur. O bizimle gorushende, bizim Azerbaycan dili muellimemiz (Gunay xanim) bize dedi ki, kishi muellimi ile gorushmek gunahdir. Bu dogru fikirdirmi? Eger duz fikirdirse, kime gunah sayilir?
Cavab:
Aleykum salam. Kişinin naməhrəm qadınla görüşməsi haramdır. Bilə-bilə etdiyimiz əməllərə görə məsuliyyət daşıyırıq.