Youtube-da din haqqında danışan hər kəsə inanmaq olarmı?

    20.10.2017
Kimdən: 
Gülnar
Sual: 
Salam. Youtube`da bəzi dırnaq arası dindar mollalar var. çıxıb danışırlar hədislər ayələr haqqında. Ailə Səadət və yaxudda Peyğəmbərlər haqqında rəvayətlər danışır. onlara qulaq asıb inanmaq nə dərəcədə düzgündür?
Cavab: 
Va aleykum Salam. Hər bir müsəlmanın dini kimdən öyrənməsinə diqqət yetirməsi çox vacibdir. Muhəmməd ibn Sirin, Dahhak, İmam Malik (Allah onlara rəhmət etsin) və bir çox məşhur alimlər belə demişlər: "Həqiqətən, bu biliklər – dindir, elə isə baxın, dininizi kimdən götürürsünüz". (Muslim 1/23). 
Allahın dini haqqında danışan hər bir şəxs yalnız mötəbər mənbələrdən - Quran və səhih hədislərdən dəlillər gətirməli və bu dəlilləri Peyğəmbər (salləllahu aleyhi və səlləm) və səhabələr başa düşüb izah etdikləri kimi izah etməli, özündən yeni, əlavə mənalar çıxarmamalıdır. Səhih hədislər haqqında buradan oxuya bilərsiniz:
Hədislərə tabe olmağın vacibliyi 
Həmçinin, oxuyun: Bidət nədir?
Teqlər: 
Paylaş: