Kişilərin plavki geyinməsi icazəlidirmi?

    31.10.2017
Kimdən: 
Fuad
Sual: 
Salam Aleykum. Bilmək istəyirdim ki, kişilər hamamda, hovuzda, ya da dənizdə bir yerdə olduqda mütləq dizdən aşağı şortik geyinməlidirlərmi ? Yəni kişilərin də öz aralarında dizdən yuxarı şortik, daha dogrusu plafki geyinmələri caizdirmi ?
Cavab: 

Və aleykum Salam. Kişinin başqa kişilərin yanında həddindən artıq dar və əzaları bildirən çimərlik geyimində olması icazəli deyil. Amma dizdən biraz yuxarı şort geyinmək icazəlidir, çünki dizə qədər örtünmə ilə bağlı hədislər zəifdir.

Paylaş: