Həddi büluğ yaşına çatmış bacı və qardaşın bir otaqda yatması icazəlidirmi?
Sual:
Bacı ilə qardaşın həddi büluq yaşına çatdıqdan sonra eyni otaqda yatması nə səbəbə düzgün deyil? Şərii bir hökm varmı buna aid?
Cavab:
Salam aleykum. Həddi-büluğ yaşına çatmış bacı və qardaşın bir otaqda yatması icazəli deyil, çünki onlar yetkin insanlardırlar və bir-birilərinin görməsi icazəli olmayan hallarını görə bilərlər. Bu səbəbən də Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Yeddi yaşına çatdıqda uşaqlarınıza namazı öyrədin, on yaşına çatıb namaz qılmadıqda isə onları yüngülcə vurun və yataqlarını ayırın". (Əbu Davud, 495).