İslama görə hansısa rəqəm müqəddəs sayılırmı?
Sual:
Salam Aleykum.İslam dinində rəqəmlərin muqəddəsliyi varmi.Məsələn 4 yaxud 7 rəqəminin hansi özəlliyi var? Ətrafli cavablariniza gorə cox təşəkkur edirəm
Cavab:
Və aleykum Salam. Hansısa bir rəqəmin müqəddəs olmasına, rəqəmlərin bəzilərinin uğurlu, digərinin uğursuz olmasına inanmaq günahdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ən yaxşısı xeyrə yozmaqdır. Uğursuzluq düşüncəsi heç bir müsəlmanı yolundan ayırmasın! Uca Allahın gücü və qüdrəti hər şeyə yetər. Əgər xoşagəlməz bir şey görsəniz, bu duanı oxuyun: "Allahummə lə yəti bil-həsənəti illə əntə va lə yədfəus seyyiəti illə əntə və lə havlə və lə quvvatə illə bik". (Allahım! Xeyirlər ancaq Səndəndir, şəri də ancaq Sən uzaqlaşdıra bilərsən. Yeganə güc və qüvvət sahibi Sənsən, həqiqi güc və qüvvət Səndəndir)". (Əbu Davud "Tibb", 24). Həmçinin oxuyun: Bəd əlamətlərə inanma!