Yetim uşağı saxlayıb böyütmək nə dərəcədə savabdır?
Sual:
Salam.Yetim uşağı saxlayıb,böyütmək nə dərəcədə savabdır?
Cavab:
Və aleykum Salam. Yetimlərə himayədarlıq etməyin nə dərəcədə üstün bir əməl olduğunu bilmək üçün iki hədis qeyd etmək kifayətdir. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Mən və özünün və ya başqasının yetiminə himayədarlıq edən Cənnətdə birlikdə olacağıq. Dullara və yoxsullara kömək edən isə Allah yolunda olan mücahid kimidir". (ət-Tabərani "Mu'cəmul-Əvsat", 4742).
Səhl (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) orta barmağıyla işarə barmağını yan-yana azacıq aralı tutub demişdir: "Mən və yetimin himayədarı Cənnətdə beləcə (bu iki barmaq kimi) olacağıq". (əl-Buxari, 5304).