"Qurban olum" demək olarmı?

    22.02.2014
Kimdən: 
Əsma
Sual: 
Salam aleykum. Sene qurban olaram demek olarmi? Chunkı ınsandan qurban olmaz deyırler. Sayt acib bızlerin suallarını gozel şekilde cavablandırdıgınız uchun sıze teşekkur edirik.
Cavab: 

Aleykum salam. Ana dilimizdə "Sənə qurban olum!" demək "Canım sənə fəda olsun!" mənasını ifadə edir. Bəzi insanlar "Sənə qurban olum!" dedikdə "Sənə qurban kəsilim" mənası kimi başa düşür və Uca Allahdan qeyrisi üçün qurban kəsməyin haram olmasını bilərək bu ifadənin günah olduğunu zənn edirlər. Halbuki bu, yanlış fikirdir. Əbu Bəkr və başqa səhabələr (Allah onlardan razı olsun) ərəb dilində bu mənada olan ifadəni Peyğəmbərə (salləllahu aleyhi və səlləm) söyləyirdilər. Onlar Peyğəmbəri (salləllahu aleyhi və səlləm) hədsiz sevdiklərinə görə ona (salləllahu aleyhi və səlləm) "Atam, anam sənə fəda olsun, ya Rəsulallah!" deyirdilər.  

Paylaş: