Falçıya inanan həyat yoldaşımı sevmək düzgündürmü?
Sual:
Salam ..menim yoldasim dine bagli deyil caduya ve onla mesgul olanlara inanir bilmek isterdim menim o insani sevib hormet etmeyim ne derecede duzgun ve ya sehvdir
Cavab:
Və aleykum Salam. Falçılara inanmaq küfrdür və böyük günahlardan sayılır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Kim kahinin yanına gedər və onun söylədiyini təsdiq edərsə Muhəmmədə nazil olana küfr etmişdir". (Əbu Davud, 3903). Çalışın yoldaşınızı bu yoldan çəkindirəsiniz və onu haqqa dəvət edəsiniz. Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!" (ət-Təhrim, 6). Onu sevməyiniz isə təbii haldır. Daha ətraflı: