Peyğəmbərimiz hansı ayda anadan olub?

    27.02.2014
Sual: 
Salam aleykum. Peygembermiz (sallahu aleyhi ve sellem) hansi ayda doğulub? Niye ad gunu kechirmeyib ve bunu kimseyede buyurmayib? Ətrafli əlumat verseniz sevinərdim.
Cavab: 

Aleykum salam. Bəzi İslam tarixçiləri Muhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) miladi tarixlə 570, yaxud 571-ci ilin rabiul-əvvəl ayının 12-də, bəziləri isə rabiul-əvvəlin 17-də dünyaya göz açdığını yazırlar. Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) doğum gününü qeyd etməmiş, onun dövründə yaşayan müsəlmanlar da qeyd etməmişlər. Bu adət müsəlman xalqlarına xristianlardan keçmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) müsəlmanları müşriklərə, yəhudi və xristianlara oxşamamağı, onların adətlərini mənimsəməməyi qadağan etmişdir. O (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bir qövmə bənzəməyə çalışarsa, o da onlardan sayılar". (Əbu Dəvud: "Libas" fəsli).
Digər bir hədisdə isə belə rəvayət olunur: "Sözsüz ki, sizlər, sizdən əvvəlkiləri addım-addım izləyəcəksiniz. Hətta kərtənkələnin girmədiyi bir dəlik qalmayacaq ki, onlar həmən yerə girsin və siz onların arxasınca girməyəsiniz, Səhabələr (Allah onlardan razı olsun): Yə Rəsulullah bizdən əvvəlkilər kimdir? Yəhudi və xristianlardırmı? Peyğəmbər (salləllahu aleyhi və səlləm): Bəli, Başqa kim olacaq?!" - söylədi. (Muslim: "Elm" fəsli).
Beləliklə, bu ümumi dəlillərə əsasən doğum gününü, ildönümünü qeyd etmək qadağan edilir. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) doğum gününü qeyd etməməsinin hikməti həm bununla, həm də doğum gününün qeyd edilməsinin faydasız bir əməl olması ilə əlaqədər ola bilər. İnsanın dünyaya gəlməsinə görə yığıncaq təşkil edib şadyanalıq etməsi, həqiqətən də faydasız və mənasız bir əməldir. Peyğəmbərlər (aleyhimis-sələm) isə faydasız, şərr əməllərdən daima uzaq olmuş və insanları da faydasız əməllərdən çəkindirmişlər.     

Teqlər: 
Paylaş: