Gördüyüm iş gün ərzində fikrimdən çıxmır, nə edim?
Sual:
Salam aleykum mənim bir iş olur fikrimdən cıxmır butunu gün başımdan çıxmır mən ne ede bilerem
Cavab:
Salam aleykum. Çalışın bu fikirləri dayandırın, fikrinizi başqa işlərə yönəldin və işlərinizi Allaha həvalə edin. Həmçinin, Rəsulullahın (salləllahu aleyhi və səlləm) çox etdiyi bu duanı edin: "Allahummə inni əuzu bikə minəl-həmmi vəl-həzəni, vəl-aczi vəl-kəsəli, vəl-buxli vəl-cubni, və daləid-deyni və ğaləbətir-ricali - Allahım! Qayğı və kədərdən, acizlik və tənbəllikdən, xəsislik və qorxaqlıqdan, borc altında qalmaqdan və insanların (məni) sıxışdırmasından Sənə sığınıram!" (əl-Buxari, 7/158).