Zina etdikdən sonra tövbə edib hicab bağlamaq günahdırmı?

    18.11.2017
Sual: 
zina etdikdən sonra peşman olub dinə qayıtdıqdan sonra hicab bağlamaq günahdırmı
Cavab: 
Va aleykum Salam. Hicab bağlamaq vacib və savab əməldir. Allahın tövbə qapıları hər kəsin üzünə açıqdır. Əgər zina edən kişi və ya qadın günahından səmimi qəlbdən peşman olarsa və Uca Allaha tövbə edib Onun yoluna qayıdarsa, Allah onları bağışlayar. Uca Allah buyurur: "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl-Əraf, 153). Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Peşmançılıq tövbədir. Günahdan tövbə edən, günah etmə­yən kimidir". (ət-Tabərani "Mu'cəmul-Kəbir" 10128). Həmçinin oxuyun:
Hicab - azadlıqdır!​​​​​​​
Paylaş: