Sızanaqlardan azad olmaq üçün dua varmı?

    27.02.2014
Sual: 
Salamu aleykum. Üzdəki sızanaqlar üçün dua gördüm. Rəvayətə görə bunu Məhəmməd (s.a.s) peyğəmbərimiz öz yoldaşının əlinə çıxan çibanın üstünə oxuyub. Peyğəmbərimiz həm də buyurub ki,bu duanı boş-boşuna sızanaqlı yerinizə sürtməyin. Məlhəmlə birlikdə deyin. Dua belədir: "Allahummə yə musağğiral kabir. Va yə mukabbiras sağir. Sağğir mə bi". (Bunu belə problemi olan müsəlman qardaşlarım üçün yazdım). Indi mənim sizə sualım odur ki, bu duanın mənasını siz bilirsinizmi? Və ya bu rəvayət doğrudurmu?
Cavab: 

Aleykum salam. Muhəmməd peyğəmbərin belə bir dua etməsi məlum deyildir. Söylədiyiniz duanın mənası (Ey böyükləri kiçildən və kiçikləri böyüdən Allahım! Məndə olanları kiçilt).

Teqlər: 
Paylaş: