Məscid gümbəzləri nəyə görə göy rəngdə olur?

    15.11.2017
Kimdən: 
Reşad
Sual: 
Salam , məni din barədə bir sual maraqlandırır , daha doğrusu ibadət yeri olan meçidlər haqda Sual belədir: meçidin gümbəzi nəyi bildirir yəni nəyin rəmzidir , və nəyə görə çöldən rəngi göy rəngdədir ? Yəqin xatırlayırsız ki əvvəllər bakıdakı bütün meçidlərin gümbəzləri çöldən göy rəngdə idi , sonra bəzisi təmir olub boyası dəyişdi.
Cavab: 

Va aleykum Salam. Bu, məscid tikintisində müsəlman memarların seçimi olmuşdur. Yəqin ki, o vaxtlar bir memarlıq nümunəsi olaraq böyük binalarda sütünlardan az istifadə etmək üçün gümbəz qurmaq ən yaxşı üslub sayılırdı. Ola bilər ki, elə buna görə də məscid tikilərkən müsəlman memarlar gümbəz qurmaqdan istifadə ediblər. Çünki, gümbəz qurulmasında sütunlardan daha az istifadə olunur. Həmçinin, gümbəzlər məscid daxilində səs sədalarını daha yaxşı yaymaq effekti yaradır və məsciddə namaz qılanların rahatlığına daha yaxşı təsir edir. Gümbəzlərin göy rəngdə olmasının isə İslamla bir əlaqəsi yoxdur.

Teqlər: 
Paylaş: