Cənnət qadınlarının hurilərdən üstün olması hədisi səhihdirmi?
Va aleykumus-Sələm və rahmətullahi va bərakətuhu. Bu haqda səhih hədisin mövcud olması haqda məlumatımız yoxdur. Lakin bu haqda İslam alimləri belə demişlər: "Dünya qadınlarından cənnətə girənlər hurilərdən də xeyirli olacaqlar və bu vəsf hətta onların zahiri görkəmlərinə də aid olacaq. Çünki cənnətə girən insanlar Allahın lütfü sayəsində saleh əməllərinin mükafatı olaraq daxil olacaqlar. Ancaq hurilər isə cənnətdə nemət kimi möminlərin etdikləri saleh əməllərin müqabili olaraq xəlq edilmişlər. Belə olduğu halda da (yəni, biri saleh əməlinin müqabilində cənnətə girir, digər biri isə saleh əməlin müqabili üçün mükafat, nemət olaraq xəlq edilir) təbii ki, bunların arasında da fərq olmalıdır. ("Təfsirul-Qurtubi", 16/154; "ət-Təzkiratu fi Əhvalil-Movtə va Umuril-Əxirati" 3/985).