Dünyasını dəyişən insan ailə üzvlərini ziyarət edirmi?

    10.01.2018
Kimdən: 
Azer Ehmedoglu
Sual: 
Salam. Dunyasini deyisen aile uzvu ailesini ziyaret edirmi ve edirse onun ucun xow olmasi ucun ne elemek lazimdi.
Cavab: 

Va aleykum Salam. Vəfat edən insan öz ailəsini ziyarət etmir, çünki o, bərzəx aləmindədir və bu dünya ilə əlaqəsi kəsilib. Uca Allah buyurur: "Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: "Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm". Xeyr! Onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx (maneə) vardır." (əl-Muminun, 99-100). Amma sağ olanlar onun üçün Allahdan bağışlanma diləyə, onun əvəzinə sədəqə verə və digər xeyirli əməllər edə bilərlər. Daha ətraflı: Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər?

Teqlər: 
Paylaş: