Deyirlər yerə tüpürmək olmaz. Bu düzdür?
Sual:
Salam aleykum. Deyirler yere tufurmek olmaz bu duzdur?
Cavab:
Aleykum salam. Məscidin yerinə tüpürmək olmaz. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Məscidə tüpürmək günahdır. Kəffarəsi isə üstünü torpaqlamaqdır". (Səhih əl-Buxari və Səhih Muslim).
Ümumiyyətlə tüpürməyin ədəblərində bildirilir ki, bir insan tüpürmək istədikdə sol tərəfinə tüpürsün, sonrada üstünü ya torpaqlasın, ya da ayağı tapdalayıb silinsin.