Üstü pulsuz balıqların ətini yemək olar?

    01.03.2014
Sual: 
Salam aleykum. Pulsuz baliq yemek haramdir? Haramdirsa neye gore haram hesab edilir? Allah razi olsun.
Cavab: 

Aleykum salam. Şəriətə görə yalnız suda yaşayan (quruya çıxmayan) bütün heyvanların yeyilməsi halaldır. Quran və səhih hədislərdə dəniz heyvanlarının bəzilərinin haram olması haqqında heç bir göstəriş yoxdur, yəni bütün dəniz qidaları halaldır. Uca Allah buyurur: "O, dənizi də (sizin) xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz...". (ən-Nəhl, 14).
"Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanılacağınız Allahdan qorxun!­" (əl-Maidə, 96).

Paylaş: