Ölən insanın ölüm səbəbini bilmək icazəlidirmi?

    09.02.2018
Sual: 
Salam olsun size.Sualim beledi:Olumun sebebin bilmek nie gunah sayilir? Axi bu bizim haqqimizdi.Yaxinimiz cavan,facievi halda rehmete gedir ve sebebin bilmek haqqimizdi.Nece ki,dinin basqa qanunlarin dusunerek qebul edib riayet edirikse,olumun de nie geldiyin bilmek mentiqli sayilar.Bilek ve qebul edek.Belke,onun hansisa gunahina gore ve ya biz yaxinlarinin hansisa gunahina gore cavan,facieli oldu.O gunahi bilsek,biz de netice cixardaq,cavan,facievi olumden qurtulaq.Basqa insanlara da xeber verek ki,filan gunahlari etmeyin,onlar da ibret gotursun.Yeni,bunlari size demekde meqsedim odu ki,olumun sebebin bilmek bize xeyirdi,gunah sayilmaz axi.Bes siz nece dusunursuz?
Cavab: 

Va aleykum Salam. Ölüm danılmaz bir həqiqətdir ki, hər bir canlı əcəli tamamlandıqda onu müxtəlif yaşlarda müxtəlif səbəblərə görə dadacaqdır. Ona görə də insanlardan cavan yaşlarında və ya faciəvi şəkildə ölənləri birbaşa onların günahları səbəbilə əlaqələndirməyə gərək yoxdur. Uca Allah buyurur: "Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər möhlət ve­­rir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər". (ən-Nəhl, 61). Əsas odur ki, insan günahlarının onunla yaxşı sonluq arasına girməsindən qorxsun, çünki insanların pis əməlləri bir cəza olaraq onlarla gözəl sonluq arasına girə bilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah bir quluna xeyir istəyərsə, onu istifadə edər". Soruşdular: "Necə istifadə edər, ey Allahın Elçisi?" O buyurdu: "Ölümdən qabaq onu yaxşı əməllər etməyə müvəffəq edər". (İbn Hibban, 342).

Hafiz Əbu Muhəmməd Abdul-Haqq ibn Abdur-Rahmən İşbili (Allah ona rəhmət etsin) deyir ki: "Bil ki, pis sonluğun müəyyən səbəbləri, yolları və qapıları vardır. Bunlardan ən böyüyü dünyaya qapanmaq, axirətdən üz döndərmək, günahlara cürətlə getməkdir. Günah insana güc gəlir və onun qəlbini örtür, ağlını silir, nurunu söndürür. Bundan sonra da o, kimsə heç bir nəsihət də fayda vermir. Əksər hallarda ölüm də ona elə bu vaxtlarda gəlir. O, kimsə təlqin edənin (Lə iləhə illəllah) sözlərini uzaqdan bir nida kimi eşidir. Səsin nə olduğunu və nə qəsd olunduğunu anlamır. Hətta o, təlqin edən nə qədər də təkrar etsə də belə".

Həmçinin demişdir: "Əgər bir kəsin zahiri də, batini də saleh olarsa onun sonu pis qurtarmaz və Allaha həmd olsun ki, belələrinin pis bir sonluqla qurtarması barəsində də bir şey eşidilməyib. Uca Allah buyurur: "...Şübhəsiz ki, (gözəl) aqibət (sonluq) müttəqilərindir". (Hud, 49). Ancaq əqidəsi pozulmuşların və böyük günahlar üzərində davam edənlərin adətən sonu da pis qurtarır. İnsan artıq o, günahlara elə bir şəkildə qurşanar ki, tövbə etməyə imkan tapmadan ölüm ona gələr. O, insan içini islah etməzdən əvvəl ölüm onu yaxalayar. Allah qorusun! Şeytan o, vaxt onu ələ keçirir".

Sufyan əs-Souvri (Allah ona rəhmət etsin) bir gün səhərə qədər ağlayır. Səhəri ondan soruşduqda ki, səni ağladan günahlar idi. O: "Saman çöpünü götürərək deyir: "Günahlar bundan da yüngüldür. Lakin məni ağladan pis sonluqdur". Buna görə də heç kəs əməlinin çoxluğuna görə sonunun yaxşı olmasına arxayın olmasın. 

Ona görə də çalışın daima Allaha bu şəkildə dua edəsiniz: "Allahım! Bizi, hər gün, hər saat, hər an ölümü yada salmağa və ölümdən sonrakı həyata hazırlıq sayılan işləri görməyə müvəffəq et! Allahım! Bizə, bizdən əvvəl gəlib-getmiş, özlərinə də gözəl sonluq nəsib olmuş əməlisaleh insanların sonluğu kimi gözəl sonluq nəsib et!" 

Həmçinin oxuyun:

Ömrünün son günlərində tövbə edənin tövbəsi qəbul olunurmu?

Möminin və kafirin ölümü

Allahın hər bir işində hikmət olduğu kimi, bu məsələdə də bizə məlum olmayan hikmətlər var. Bu hikmətlərin bəziləri bizə bildirilmiş, bəziləri isə gizli qalmışdır və insanlar bilməsələr də, burada onlar üçün bir xeyir vardır. Allahın bizə açıqlamadığı məsələlər barədə də "niyə" sualını vermək olmaz. O buyurur: "(Allah) gördüyü işlər üçün məsuliyyət daşımaz; onlar isə daşıyacaqlar". (əl-Ənbiya, 23). Uca Allah həmçinin insanların müxtəlif yaşlarda ölməsi haqqında belə buyurur: "Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi (oradan) uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi (yetkinlik yaşına çatmamış) vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, (vaxtilə) bildiyi şeyləri unutsun...". (əl-Həcc, 5).

Paylaş: