Xristianla siğə etmək olarmı?

    03.03.2014
Kimdən: 
Bəndə
Sual: 
Salam aleykum. Xristian qadınla siğə (müvəqqəti kəbin və ya nikah) etmək olarmı? Və əgər olarsa, qaydası necədir? Belə etmək düzgündürsə zəhmət olmasa sualımı cavablandırardız.
Cavab: 
Aleykum salam. İslam dininə görə istər xristianla, istərsə də qeyri-xristianla "siğə" (müvəqqəti nikah) etmək haramdır. Çünki siğə müəyyən məbləğ müqabilində müvəqqəti bağlanan nigahdır. Müvəqqəti nigaha əvvəllər icazə verilsə də sonradan qadağan edilmişdir. Rəvayət olunur ki, "Peyğəmbər (salləllahu aleyhi və səlləm) Xeybərdə qadınlar ilə siğə etməyi və qatır ətini qadağan etdi". (Səhih əl-Buxari, 3979; Səhih Muslim, 1407). 

     
     

Paylaş: