Ərim xaricdə işləyir, məni də yanına aparmasını tələb edə bilərəmmi?

    17.02.2018
Kimdən: 
R
Sual: 
Salam həyat yoldaşim masqivada işləyir və mənədə dayəlig iş təklifi gəlib yoldaşim razi deyil mən isə getmək isdəyirəm biraz imkanimiz yoxdur.yoldaşimi məcbur edirəm mənidə apar o günühdimi.və onu razi salmaqçun nə duasi oxumaliyam
Cavab: 
Və aleykum Salam.
  1. Allaha asiliyə aparan məsələləri çıxmaq şərtilə qadının ərinə itaət etməsi vacibdir. Ona görə də, əriniz icazə vermirsə, işləməkdən çəkinmək lazımdır.
  2. İmkanı varsa, ərinizdən sizi də öz yanına aparmasını tələb edə bilərsiniz. Həmçinin, kişi müəyyən zəruri səbəblərə görə ailəsindən ayrı qalırsa, üzrlü səbəb olmadığı təqdirdə ən geci 4-6 aydan bir ailəsinin yanına qayıdıb onlara baş çəkməlidir. Amma qadın razı olarsa, bundan daha çox müddət ayrı qala bilər.
  3. Ərinizi müəyyən bir şeyə razı salmaq üçün xüsusi dua yoxdur, lakin istədiyiniz sözlərlə haram olmayan şeyləri Allahdan istəyə bilərsiniz, çünki ruzi verən də, insanların qəlblərini döndərən də yalnız Uca Allahdır. 
Paylaş: