Ölən adamın qohumlarının 40 gün saqqal saxlaması düzgündürmü?

    09.02.2018
Kimdən: 
islam
Sual: 
yaxın adamı ölən insan 40 gün saqqal saxlamalıdırmı
Cavab: 

Salam aleykum. İnsan dünyasını dəyişdikdə, yas məqsədilə yaxınlarının saqqal saxlamaları dində əsası olmayan bir əməldir. Çünki, əslində müsəlman kişi həmişə saqqal saxlamalıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuş­dur: "Bığları qısaldın və saqqal buraxın!" (Muslim, 600). Lakin, yas düşdükdə saqqal saxlayıb, yeddi və ya qırx gündən sonra qırxmaq düzgün deyil. Həmçinin oxuyun: Şəriətə uyğun dəfn mərasimi necə olmalıdır?

Teqlər: 
Paylaş: