Filmlərdə insanlar dinə qarşı çıxırlar...

    07.03.2014
Kimdən: 
qarazade resad
Sual: 
Salam aleykum. Men bezen gorurem ki, kino da adamlar dine qarshi chixir. Meselen turklerde dini film gedir. Burada "bismilləh" deyerek Quranın üzerine nese tokur. Bes onlar diger esl dunyada chox agir eziyyet chekeceklerini bile-bile yene en boyuk gunahlardan birini edirler. Uca Allah onu yene bagishlayacaq.
Cavab: 

Aleykum salam. Filmlərdə elə olur ki, mömin bir insan kafir rolu aparır və filmdə küfr edir. Sözsüz ki, bu cür küfr əməllər rol xatirinə edilən əməllərdir. İslama görə bir insan nümayiş etdirmək və ya başa salmaq üçün etdiyi küfr əməl günah sayılmır. Çünki bunu etməkdə onun niyyəti küfrü göstərmək olmuşdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Əməllər ancaq niyyətlərə görədir. Hər kəsə də yal­nız niyyət etdiyi şey qala­caq­dır...". (Səhih əl-Buxari, 1).

Paylaş: