Qəza orucunu tutarkən heyz halı baş verərsə, həmin orucun qəzası tutulurmu?
Sual:
Qəza orucu tutduğum zaman aybaşı olarsa həmi n orucun qəzası varmı?
Cavab:
Salam aleykum. Əgər Ramazan ayının qəza orucunu tutarkən heyz halı baş verərsə, oruc batil olur. Həmin qəza orucunun əvəzinə əlavə olaraq qəza orucu tutmaq lazım deyildir. Sadəcə heyzdən təmizləndikdən sonra Ramazan ayının qəza orucu yenidən tutulmalıdır. Həmçinin oxuyun: Ramazan ayının orucu