Qiyamət günü dil insanın öz əleyhinə şahidlik edə bilərmi?

    02.03.2014
Sual: 
Salam aleykum. Dil qiyamet gunu insanin oz eleyhine shahidlik edecekmi?
Cavab: 

Aleykum salam. Qiyamət günü insanın bütün bədən üzvləri, o cümlədən dili də əleyhinə şahidlik edə biləcək. Uca Allah bu barədə buyurur: "Allahın düşmənləri Cəhənnəmə toplanacaqları gün onlar (əvvəlincisindən axırıncısınadək tutulub bir yerdə) saxlanacaqlar. Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. Onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şəhadət verirsiniz?" - deyəcəklər. (Dəriləri də) belə cavab verəcəkdir: "Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılırsınız!" (Fussilət, 19-20-21).
"Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir". (ən-Nur, 24).

 

Paylaş: