İlk uşağı qız olduqda qadının əri üçün bərəkətli olması barəsindəki hədis səhihdirmi?
Salam aleykum. İlk uşağı qız olduqda qadının əri üçün bərəkətli olması haqda rəvayət olunan hədislərin heç biri səhih deyildir. Misal olaraq bu hədisi qeyd etmək olar. Rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qadının bərəkətli olmasının əlaməti onun ilk uşağının qız olmasıdır", çünki Uca Allah buyurur: "Göylərdə və yerdə səltənət Allahındır. O, istədiyini yaradır; kimə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir. Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, istədiyini də sonsuz edir. Həqiqətən, O, Biləndir, Qadirdir". (əş-Şura, 49-50)". (əl-Xatib "Tarix Bağdad", 14/4184; İbn Əsakir, 13/794; əs-Suyuti "əl-Ləəli", 2/176; İbnul-Covzi "əl-Movduat", 2/276; əl-Albani "Zəif və uydurma hədislər silsiləsi", 9/142).