Cinlər insan bədəninə girə bilirlərmi?

    05.03.2014
Sual: 
Salam eleykum. Menim bildiyime gore cinler Allahin icazesi olmadan insanlara hech bir zerer vere bilmezler. Amma bezi saxtakarlar cinin insanin bedenine gireceyini deyirler. Hetta Quran oxuyaraq cini bedenden chixarirlar. Quranda yazilana gore bele shey ola bilmez. Bes cinlerin esas vezifeleri neden ibaretdir?
Cavab: 

Aleykum salam. Allahın izni olmadan insana heç bir şey zərər verə bilməz. Cinlər bəzən Allahın izni ilə müəyyən insanların bədəninə girə bilir və insana zərər toxundura bilirlər. Qurani Kərimdə cinlər haqda danışan "əl-Cinn" surəsi, eləcə də cinlərin insana zərər vermələri haqda ayələr vardır. Həmçinin, Quran ayələri, Peyğəmbərin zikr və duaları ilə ruqyə adlanan müalicə növü vardır. Cinlərin əsas vəzifəsi və yaradılış qayəsi isə insanlar kimi yalnız Uca Allaha ibadət etməkdir. Qurani Kərimdə Uca Allah buyurur: "Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım! Mən onlardan ruzi istəmirəm, Mən onlardan Məni yedirtmələrini də istəmirəm!"  (əz-Zariyat, 56-57).

Paylaş: