İnsan öldüyü paltarda diriləcək?

    22.03.2018
Sual: 
Salam. İslamda belə bir şey varmı, insan öldüyü paltar da diriləcək?
Cavab: 

Va aleykum Salam. İnsanın öldüyü paltarda diriləcəyi haqda rəvayət edilir ki, Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) ölüm ayağında ikən təzə paltar gətizdirdi və geyindikdən sonra dedi: "Allah Elçisinin (Allahın ona salamı və salavatı olsun) belə buyurduğunu eşitdim: "Meyit hansı paltarda ölərsə, (Qiyamət günü) o paltarda da qəbirdən qaldırılar". (Əbu Davud, 3114; Silsilətus-Sahihə, №: 1671).
Böyük İslam alimi İbn Həcər (Allah ona rəhmət etsin) bu hədisin şərhində belə demişdir: "İnsanlar qəbirlərdən qalxdıqda, öldükləri paltarda qalxacaq, sonra məhşərə tərəf həşr olunduqda isə lüt olacaqlar və ya lüt qaldırılacaqlar, daha sonra içində öldükləri paltar geyindiriləcək. Hədislərdə də vaird olmuşdur ki, "ən birinci geyindirilən İbrahim peyğəmbər olacaq". (əl-Buxari və Muslim). Yaxud içində öldükləri paltarda diriləcək, sonra paltarları çürüyəcək, məhşərə lüt həşr olunacaq, sonra da paltar geyindiriləcək".

 

Teqlər: 
Paylaş: