Xəstəliyin keçməsindən ehtiyat edərək xəstə insandan uzaqlaşmaq olarmı?

    12.03.2018
Kimdən: 
Abdurrəhim
Sual: 
Salam aleykum. Bir kəs xəstə olan bir kimsə ilə təması kəsə bilərmi? Ona o xəstəliyin yoluxmamasını səbəb tutaraq. Bunu etmək düzgündürmü? (Qrip və s. xəstəliklər)
Cavab: 
Va aleykum Salam. Əgər xəstəlik keçicidirsə, özünü qorumaq məqsədilə xəstədən bir müddət uzaqlaşmaq olar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Cüzam xəstəliyindən şirdən qaçdığın kimi qaç". (əl-Buxari, 5707). 
"Əgər bir yerdə taun varsa, o yerə girməyin. Əgər bir yerə taun gələrsə, o yerdən çıxmayın". (əl-Buxari, 5729).
"Xәstәni sağlam olanların arasına gәtirmәyin". (əl-Buxari, 5771). 

Teqlər: 
Paylaş: