Səbah duası hansıdır?
Sual:
Salam aleykum! Bağışlayın narahat edirem. Səbah duası hansıdır?
Cavab:
Aleykum salam. Səbah duası dedikdə səhər açıldıqda edilən zikr və duaları nəzərdə tutursunuzsa, Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhər yuxudan oyandıqda və sübh çağı sübh namazından sonra zikr və dualar edərdi. Bu zikrlərdən bəzisi bunlardır:
"Əlhəmdulilləəhil-ləzi əhyəənə bə'də mə əməətənə va ileyhin-nuşuur".
(Bizi öldürdükdən sonra dirildən Uca Allaha həmd olsun və "Ölüb dirildikdən sonra isə" yenə də qayıdış Onadır). (Muslim, 4/2083).
"Əlhəmdulilləhil-ləzi afəniy fi cəsədi, va raddə aleyyə ruhi, va əzinə li bizikrihi".
(Bədənimə salamatlıq verən, ruhumu mənə qaytaran və mənə Onu yad etməyə izn verən Allaha həmd olsun!). (Tirmizi, 5/473).